Nida.az
XİN: Dağlıq Qarabağ münaqişəsi gec və ya tez nizamlanacaq
Dağlıq Qarabağ münaqişəsi gec və ya tez nizamlanacaq.
Trend-in məlumatına görə, bunu Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Beynəlxalq Qara Dəniz və Xəzər Dənizi Əməkdaşlıq və Tərəfdaşlıq Fondunun Baş Assambleyası və Direktorlar Şurasının iclasında deyib.
Onun sözlərinə əsasən, həll edilməsi mümkün olmayan münaqişələr yoxdur: "Danışıqlara bilavasitə cəlb edilmiş insan kimi deyə bilərəm ki, nikbinlik üçün səbəblər var. Biz münaqişəni hər şeyə rəğmən, həll edəcəyik, çünki o, hazırki dondurulmuş vəziyyətdə qala bilməz".
E.Məmmədyarov qeyd edib ki, bunun üçün aydın beynəlxalq hüquqi baza, o cümlədən BMT-nin Təhlükəsizlik Şurasının 4 qətnaməsi var: "Bütün ölkələr BMT-nin tərkibinə daxil olarkən təşkilatın qətnamələrinə əməl edəcəklərinə dair öhdəliklər götürürlər. Bu məsələ Ermənistanla olduqca mürəkkəbdir. Lakin Ermənistan rəhbərliyində sağlam düşüncəli insanlar olacaq və onlar başa düşəcəklər ki, qonşularla yaxşı münasibətlər ölkənin uğurunun təminatıdır".
Nazir əlavə edib ki, Ermənistanın indiki rəhbərliyinin uzaqgörən olmayan siyasəti nəticəsində ölkə Cənubi Qafqazda həyata keçirilən bütün ciddi layihələrdən kənarda qalıb.
E.Məmmədyarov ümid etdiyini bildirib ki, münaqişə yaxın gələcəkdə öz həllini tapacaq.
-
Nida Xəbər 11:31
Araikin müsahibəsi buna görə yayımlanmadı - Sensasion iddia
-
MDB11:15
Putin bu ölkələrlə birlikdə yeni müharibəyə başlayacaq - Hədəf onlardır
-
Dünya10:44
Bu valideynlər bir uşağa görə 125 min manat alacaqlar
-
Region10:10
Rusiyadakı azərbaycanlılara PİS XƏBƏR - Bu sahələrdə işləmək qadağan edildi
-
Cənubi Qafqaz09:48
Rusiya bu həftə Paşinyanı devirəcək - Şok iddia
-
Hadisə09:21
Məktəb binasında yanğın
-
Sosial08:43
Azərbaycanın tanınmış professoru vəfat etdi - FOTO
-
Magazin208:36
Kristofer Nolan cəngavər olacaq, xanımı isə... - FOTO