Sabah isti olacaq
Bizi izləyin

Qırmızı.az

Sabah isti olacaq

Sabah Bakıda 25 dərəcə isti olacaq.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Publika.az-a verilən məlumata görə, mayın 24-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Səhər yarımadanın bəzi yerlərində qısa müddətli yağış yağacağı ehtimalı var. Cənub-qərb küləyi əsəcək.

Havanın temperaturu gecə 12-17, gündüz 20-25 dərəcə isti olacaq.

Azərbaycanın rayonlarında mayın 24-də əsasən yağmursuz olacaq.

Axşam və gecə saatlarında bəzi dağlıq və dağətəyi ərazilərdə şimşək çaxacağı, qısa müddətli yağış yağacağı gözlənilir. Mülayim qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə güclənəcək.

Havanın temperaturu gecə 12-17, gündüz 25-30, dağlarda gecə 6-11, gündüz 16-21 dərəcə isti olacaq.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm