Azərbaycan mayın 25-də Riqa sammitinin bəyannaməsi ilə bağlı iradlarını bildirəcək
Bizi izləyin

Nida.az

Azərbaycan mayın 25-də Riqa sammitinin bəyannaməsi ilə bağlı iradlarını bildirəcək

Azərbaycan mayın 25-də "Şərq tərəfdaşlığı" proqramının iştirakçı ölkələrinin Riqa sammitinin bəyannaməsi üzrə iradlarını bildirəcək.

Trend-in məlumatına görə, bunu Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Beynəlxalq Qara Dəniz və Xəzər Dənizi Əməkdaşlıq və Tərəfdaşlıq Fondunun Baş Assambleyası və Direktorlar Şurasının iclasında deyib.

Onun sözlərinə görə, bəyannamənin mətni ilə bağlı əsas irad ondan ibarətdir ki, orada Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüquq əsasında, o cümlədən BMT-nin Təhlükəsizlik Şurasının qətnamələrinə uyğun həll edilməli olduğu göstərilməyib.

E. Məmmədyarov qeyd edib ki, Azərbaycan uzun mübahisələrdən sonra qeyd-şərtlərlə bəyannaməni imzalamaq qərarına gəldi: "Azərbaycan Xarici İşlər Nazirliyi gələn həftə bəyannamənin mətni ilə bağlı iradlarını Aİ-yə yazılı formada göndərəcək".

Oxumağa davam et
Reklam
Reklam

Gündəm