İrina Şeyk xəyanət iddialarını təsdiqlədi - FOTOLAR
Bizi izləyin

Magazin2

İrina Şeyk xəyanət iddialarını təsdiqlədi - FOTOLAR

Model İrina Şeykin “Real Madrid”-də oynayan futbolçu Kriştiano Ronaldodan ayrılma səbəbi məlum olub. Publika.az xarici mətbuata istinadən xəbər verir ki, 29 yaşlı cazibədar model yaxınlarına Ronaldonun ona xəyanət etdiyini təsdiqləyib.

Şeyk yaxınlarına aldadıldığını və münasibətləri ərzində Ronaldonun başqa qadınlarla görüşdüyünü sonradan öyrəndiyini söyləyib. Model yaraşıqlı futbolçunun telefonunda başqa qadınlara yazdığı mesajları görəndən sonra ayrılmaq qərarını dəqiqləşdirib.

Hətta İrinanın yaxın bir dostuna bu məsələ ilə bağlı "Artıq həqiqəti bilirəm. Ancaq özümü çox pis hiss edirəm. Ronaldoya inanmışdım və onun başqa biriylə olacağına inanmırdım" – dediyi yazılıb.

Qeyd edək ki, 2010-cu ildə birlikdə rol aldıqları reklam çəkilişində tanış olan və fırtınalı eşq həyatı yaşayan cütlüyün ayrılıq xəbərləri çoxlarını təəccübləndirmişdi.

Xatırladaq ki, model indi aktyor Bredli Kuperlə görüşür.

Fidan

Oxumağa davam et
Reklam
Reklam

Gündəm