Malayziyada kütləvi məzarlıq aşkarlanıb
Bizi izləyin

Dünya

Malayziyada kütləvi məzarlıq aşkarlanıb

Malayziyanın Taylandla sərhədində kütləvi məzarlıq aşkarlanıb.

Publika.az xəbər verir ki, Malayziyanın daxili işlər naziri Zahid Hamidi məzarlığın qaçqınların sığındığı 17 düşərgənin yerləşdiyi ərazi yaxınlığında aşkar olunduğunu bildirib.

Məlumatlara görə, polis hadisə yerinə çatanda həmin qaçqın düşərgələrində artıq heç kim olmayıb.

"Düşərgələr beş ilə yaxın idi ki həmin ərazidə dururdu. Mən sarsılmışam", - nazir deyib.

Malayziya mətbuatının məlumatlarına əsasən məzarlıqda Mayanmadam qaçmış rohingya müsəlmanlarının cəsədi ola bilər.

2012-ci ildə buddistlərlə münaqişə başlananadan Myanmada yaşayan rohingya müsəlmanları xilas olunmaq üçün kütləvi sürətdə Taylanda və Malayziyaya qaçmağa məcbur olublar.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm