İyunun 5-də neftin taleyi həll olunacaq
Bizi izləyin

Dünya

İyunun 5-də neftin taleyi həll olunacaq

“OPEK-in neft hasilatını azaltmasını təşkilata üzv olan bütün ölkələr istəməlidir”.

Axar.az xəbər verir k, bu açıqlama ilə İranın neft naziri Bijən Namdar Zəngənə çıxış edib. O, iyunun 5-də keçiriləcək toplantıda OPEK-in neftin hasilatı ilə bağlı qərar verəcəyini bildirib: “OPEK-in neft hasilatını azaltmasını quruma üzv olan bütün ölkələr istəməlidir. Hazırki şərait OPEK-ə neftin hasilatını azaltmağa imkan vermir”.

Qeyd edək ki, İran və Venesuela dəfələrlə neft hasilatının azaldılması barədə OPEK-ə çağırış ediblər. Venesuela Prezidenti Nikolas Maduro bir müddət öncə açıqlamasında OPEK-in neft qiymətlərini yenidən 100 dollara qaytarmağı planladığını və yekun saziş üzərində işlədiklərini bildirmişdi.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm