Ankarada partlayış: ölənlər var
Bizi izləyin

Dünya

Ankarada partlayış: ölənlər var

Türkiyədə fabiklərdən birində fəhlələrin ölümü və xəsarət alması ilə nəticələnən güclü partlayış baş verib.

ANS-in yerli mətbuata istinadən verdiyi məlumata görə, hadisə paytaxt Ankaranın Kazan rayonunda baş verib. Rayon ərazisində fəaliyyət göstərən sement fabrikində semen qazanı partlayıb və yanğın başlayıb.

Baş vermiş bədbəxt hadisə nəticəsində 3 fəhlə ölüb, 2 nəfəri ağır olmaqla 5 fəhlə isə yaralanıb. Partlayışdan sonra hadisə yerinə çox sayda təcili yardım və yanğınsöndürmə briqadaları cəlb olunub. Yanğınsöndürmə briqadalarının müdaxiləsi ilə yanğının qarşısı alınıb, yaralılar isə yaxınlıqda olan xəstəxanalara çatdırılıblar.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm