İtalyan ulduz layihəsini Bakıya həsr etdi - FOTOLAR
Bizi izləyin

Magazin1

İtalyan ulduz layihəsini Bakıya həsr etdi - FOTOLAR

Bakıda İtaliya ulduzu İnqrid (In-Grid) Alberini və istedadlı Azərbaycan müğənnisi, Ukraynanın “Ölkənin səsi-4” şousunun iştirakçısı Vaqif Nağıyevin duet mahnısı - “Ümid yağışı”nın klip çəkilişləri gedir.

Publika.az xəbər verir ki, “Ümid yağışı” mahnısının sözləri Azərbaycanın əməkdar incəsənət xadimi Gövhər Həsənzadəyə, musiqisi Alxanlıya, aranjemanı Yaşar Baxışa aiddir. Klipin çəkilişləri Azərbaycan və xarıci mütəxəssislər tərəfindən həyata keçirilir.

İnqrid Alberini, Gövhər Həsənzadə, Vagif Nağıyev və yaradıcı qrupun digər üzvləri Bakıdakı dəhşətli yanğının nəticəsində həyatlarını itirmiş insanların xatirəsini yad edərək faciə yerini ziyarət edib. Faciənin baş verməsindən sarsılmış İnqrid həlak olanların ailələrinə və bütün Azərbaycan xalqına baş sağlığı verib və yaralılara tezliklə sağalmalarını diləyib. İnqrid həm də qeyd edib ki, yaradıcı heyət klipi yanğın nəticəsində zərər çəkmiş insanlara həsr edir.

Cəvahir

Oxumağa davam et
Reklam
Reklam

Gündəm