Dünya
Britaniya AB-dən çıxmaq üçün referenduma hazırlaşır
“Yalnız britaniyalılar və irlandlar deyil, Millətlər Birliyinin başqa üzv ölkələrinin vətəndaşları da Böyük Britaniyanın Avropa Birliyindən çıxışı haqqında referendumda iştirak edə biləcəklər”.
Publika.az “Reuters” informasiya agentliyinə istinadən xəbər verir ki, bu barədə Böyük Britaniya hökumətinin bəyanatında deyilir.
Bəyanata əsasən, Böyük Britaniya ərazisində yaşayan vətəndaşlar referendumda iştirak etmək üçün burada ən azı 18 il yaşamalıdır. Bundan başqa, Millətlər Birliyinin digər dövlətlərin ərazisinin sakinləri referendumda iştirak etmək üçün bu ölkələrdə ən azı 15 il yaşamalıdır.
Mayın 7-də parlament seçkilərində qələbə qazanan Britaniyanın baş naziri Devid Kameron bildirib ki, 2017-ci ildə Böyük Britaniyanın Avropa Birliyindən (AB) çıxması haqqında referendum keçirəcək. Amma o, istisna etməyib ki, bu daha tez ola bilər. O həmçinin AB ilə Britaniyanın münasibətlərinə yenidən baxılmasına nail olacağına söz verib.
Referendumla bağlı qanun layihəsinin mayın 28-də dərc ediləcəyi gözlənilir.
Ömər Dağlı
-
Sosial19:35
Özünü öldürən sabiq pediatrın iş yoldaşı DANIŞDI: “Ailə məsələsi deyil..."
-
ABŞ19:25
Bayden Ukraynaya hərbi yardım haqqında qanunu İMZALADI
-
Rəsmi xronika18:40
Prezidentlər mətbuata bəyanatlarla çıxış etdilər - FOTO/YENİLƏNDİ
-
Hadisə18:33
Bakı hava limanında həyəcan siqnalı: Təyyarə qəza enişi etdi - FOTO
-
Sağlamlıq17:27
Yapon alimləri xərçənglə mübarizə üçün unikal vasitə hazırladı
-
Sosial17:00
Sabiq baş pediatrın intiharı ilə bağlı cinayət işi başlandı - Yeniləndi
-
Cənubi Qafqaz16:39
Ukrayna deputatları Vardanyanı biabır etdilər - Nobel Komitəsinə müraciət
-
MDB15:56
Həbs olunan generalla bağlı şok iddia: Boşanması uydurma olub