İdman
Antalyadan 3 qızıl, 2 gümüş və 4 bürünc
Türkiyənin Antalya şəhərində Mithat Bayrak və İsmət Atlının xatirəsinə sərbəst, yunan-Roma və qadın güləşi üzrə gənclər arasında 18-ci beynəlxalq turnir başa çatıb. Turnirin son günündə güləşçilərimiz 1 qızıl və 1 bürünc medal qazanıb.
Publika.az xəbər verir ki, 60 kq çəki dərəcəsində mübarizə aparan yunan-Roma güləşçimiz Kərim Cəfərov turnirin bürünc medalına sahib olub.
Gənc qızların mübarizəsində isə Səbirə Əliyeva (72 kq) bütün rəqiblərindən üstün olub və turnirin qızıl medalını qazanıb. Final qarşılaşmasında güləşçimiz Rusiyadan olan rəqibini üstələyib.
Beləliklə, güləşçilərimiz Antalyada keçirilən turniri ümumilikdə 3 qızıl, 2 gümüş və 4 bürünc medalla başa vurub.
Sərbəst güləşçilərimizdən Teymur Məmmədov (66 kq) qızıl, Murad Süleymanov (74 kq) gümüş, yunan-Roma güləşçilərimizdən Nofəl Babayev (50 kq) qızıl, Cavid Feyziyev (120 kq) gümüş, Mikayıl Rəhmanov (55 kq) və Kərim Cəfərov (60 kq) bürünc, gənc qızlardan isə Səbirə Əliyeva (72 kq) qızıl, Türkan Nəsirova (48 kq) və Almaz İsmayılova (55 kq) bürünc medala yiyələniblər.
Komanda hesabında sərbəst güləşçilərimiz 3-cü yerdə qərarlaşıb. Görüşlərin idarə edilməsində ölkəmizi beynəlxalq dərəcəli hakim Hüseynağa Əhmədov təmsil edib.
-
Avropa17:21
Makrondan qorxunc iddia: Avropa dağılacaq, köçkünlər olacaq
-
Kriminal16:33
Özünü ölmüş kimi təqdim edən biznesmenə hökm oxundu
-
MDB16:00
Avropa Yer üzündən silinəcək, Amerika isə... - Belarusdan şok hədə
-
Rəsmi xronika15:29
İlham Əliyev və Japarov Ağdamda - FOTOLAR
-
Sosial14:51
Videomu paylaşıb məni biabır etmək istəyirlər - Cahangir Əsgərov
-
Sosial14:16
Elmira Süleymanova vəfat etdi - FOTO
-
Cənubi Qafqaz13:40
İrəvandan İlham Əliyevin təklifinə cavab gəldi: Hazırıq!
-
Sosial13:03
Prokurorluqdan Nəsib Quliyevin intihar faktı ilə bağlı çağırış: bu məlumatlar...