Qətərdən 7 medal – Millimiz ilk pilləyə yüksəldi
Bizi izləyin

İdman

Qətərdən 7 medal – Millimiz ilk pilləyə yüksəldi

Azərbaycan karateçiləri Qətərin paytaxtı Dohada 4-cü Beynəlxalq turniri 7 medalla başa vurub.

Publika.az xəbər verir ki, yarışa yollanan 1-ci Avropa Oyunlarınının 8 iştirakçısı 7 final döyüşü keçirməklə 3 qızıl və 4 gümüş medala sahib oldular.

Firdovsi Fərzəliyev (-60 kq), Şahin Atamov (+84 kq) və Tural Balcanlı (kata) turnirin qalibi oldular. Ayxan Mamayev (-84 kq), İlahə Qasımova (-55 kq), Fəridə Abiyeva və Ədilə Qurbanova (kata) isə gümüş medal qazandılar. Bu nəticə ilə Azərbaycan ümumi komanda hesabında ilk pilləyə yüksəldi.

Mükafatlandırma mərasimində Azərbaycan Milli Karate Federasiyasının (AMKF) prezidenti Yaşar Bəşirov və idmançılarımıza dəstək olmaq üçün yarışı izləyən Azərbaycanın Qətər dövlətində fövqəladə və səlahiyyətli səfiri Tofiq Abdullayev də iştirak etdi. Y.Bəşirov T.Abdullayevə, eləcə də yarışda iştirak edən digər ölkələrin karate federasiyaları rəsmilərinə AMKF-in 20 illik yubiley medalını və idmançılarımızın uğurlarından bəhs edən fotoalbom hədiyyə etdi. Həmçinin Qətərli həmkarları və qonaqlar Yaşar Bəşirova xatirə hədiyyələri bağışladılar.

Bakıya dönən milli komandamız bu gün tam heyətlə Qəbələyə təlim-məşqlərə yola düşəcək.

Publika.az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm