12 illik təhsil sisteminə nə zaman keçəcəyik?
Bizi izləyin

Qırmızı.az

12 illik təhsil sisteminə nə zaman keçəcəyik?

“Təhsil Nazirliyi tərəfindən 12 illik təhsilə keçid üçün hazırlıq işləri, ekspertlərlə məsləhətləşmələr, dövlətlərin bu sahədə uğurlu və uğursuz təcrübələri öyrənilir”.

Publika.az-ın məlumatına görə, bu sözləri təhsil naziri Mikayıl Cabbarov jurnalistlərə açıqlamasında deyib.

M.Cabbarov bildirib ki, “Azərbaycan Təhsilin İnkişafı üzrə Milli Strategiyası”nda 12 illik təhsilə keçid nəzərdə tutulub.

“Cənubi Koreyada keçirilən Dünya Təhsil Forumunda 12 illik təhsilin minimum standart kimi tətbiq edilməsi barədə deklorasiya layihəsi qəbul edilib. Lakin burada bəzi məqamları nəzərə almaq lazımdır. 12 illik təhsilə keçidə məqsəd kimi baxılmamalıdır. Bu sistemə keçidə Azərbaycan təhsil sisteminin əmək bazarı, dövlətin sosial-iqtisadi inkişafı, beynəlxalq aləmdə rəqabət qabiliyyətinin artırılması üçün vətəndaşlarımızı daha rəqabətli insan kapitalı kimi formalaşdırmaq kimi baxmalıyıq. Bundan başqa, 12 illik təhsilin əsas məqsədlərindən biri də ölkənin inkişafına xidmət edən vətəndaşları formalaşdırmaqdır. Bunun üçün əsas vasitələrdən biri ümumi təhsil sisteminin fəaliyyətinin optimallaşdırılması, dünya stanadartları səviyyəsinə çatdırılması, təhsilin məzmunu, metodikası, təhsil sisteminin təşkili nöqteyi nəzərdən addımların həyata keçirilməsi kimi baxılmalıdır”.

Nazir onu da əlavə edib ki, 12 illik təhsilə yalnız məktəbdə oxunulan illərin sayı kimi baxmaq və təqdim etmək sadələşdirilmiş yanaşma ola bilər.

M.Cabbarov 12 illik təhsilə nə zaman keçiriləcəyinə də aydınlıq gətirilib:

"12 illik təhsil sisteminin tətbiqinə isə o zaman başlanılacaq ki, seçdikləri yolun düzgün və aparıcı beynəlxalq təcrübəyə əsaslanan yol olduğuna əmin olacaqlar. Təbii olaraq, belə bir keçid təhsil sisteminin fəaliyyət formatının dəyişdirilməsinə gətirib çıxaracaq. Bu keçid həm də dövlət və cəmiyyət tərəfindən lazım olan resursların cəlb olunması ilə müşahidə olunmalıdır".

M.Cabbarov deyib ki, 12 illik təhsil sisteminə məqsəd kimi baxılmır və baxılmamalıdır: "12 illik sistemə keçid bir vasitədir, çünki Azərbaycanın təhsil sisteminin əmək bazarı, dövlətin sosial-iqtisadi inkişafı, rəqabət davamlılığının artılması üçün şagirdlərimiz daha rəqabətli, yüksək dəyərə malik insan kapitalı kimi formalaşdırlmalıdır. Gələcək həyatları üçün onlara daha yaxsı alətlər, bilik və bacarıqlar verilməli, dövlətin sosial-iqtisadi inkişafına xidmət edən vətəndaşlar formalaşdırılmalıdır. Buna nail olmaq üçün vasitələrdən biri ümumi təhsil sisteminin fəaliyyətinin optimallaşdırılması, onun müasir dünya standartları səviyyəsinə çatdırılmasıdır. 12 illik təhsilə keçidə məhz bu prizmadan baxılmalıdır".

Gülxar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm