Samin Dəniz: “Bu, sənətçinin öz sənətinə hörmətsizliyidir”
Bizi izləyin

Magazin1

Samin Dəniz: “Bu, sənətçinin öz sənətinə hörmətsizliyidir”

Gənc müğənni Samin Dənizin yeni fotosessiyası hazırdır. İfaçı Publika.az-a bildirib ki, hər bir müğənni yeni mahnı ifa edib, klip çəkdirməklə yanaşı, fotosessiyalar da etdirməlidir.

“Təəssüf ki, əksər müğənnilərimiz məşhur olsa da, əməkdar və xalq artisti adı alsa da, “Google”da axtarış edərkən bir dənə də olsun peşəkar fotoqrafın çəkdiyi şəklinə rast gəlmirsən. Bu sənətçinin öz sənətinə hörmətsizliyidir. Elə ona görə də, gənc və bu sənətdə yeni olmağıma baxmayaraq, məşğul olduğum qaydalarına riayət etməyə çalışıram. Bundan sonra da pərəstişkarlarıma yeni mahnılarla yanaşı, yeni fotosessiyalarımı da təqdim edəcəyəm”.

Xatırladaq ki, Samin Dəniz ötən həftə Xumar Qədimovanın repertuarından “Ruhunla yaşayıram” mahnısını ifa edib.

İsa Şükürov

Oxumağa davam et
Reklam
Reklam

Gündəm