Nazir ödənişli orta təhsildən danışdı
Bizi izləyin

Qırmızı.az

Nazir ödənişli orta təhsildən danışdı

“Ümumilikdə, Azərbaycanda digər dövlətlərdə olduğu kimi özəl sektorun təhsil sistemində və təhsil infrastrukturunda inkişafı üçün böyük potensial var”.

Publika.az-ın məlumatına görə, bu sözləri təhsil naziri Mikayıl Cabbarov özəl sektorun təhsilə cəlb edilməsinə münasibət bildirərkən deyib.

“Azərbaycanın özəl ümümtəhsil məktəblərində təhsil alan şagirdlərin sayı ümumi şagirdlərin sayından 1 faizdən azdır: Özəl məktəblərdə təhsil alan şagirdlər və həmin məktəblər üçün resurs və maliyyə resursu dövlət məktəbləri ilə müqayisə ediləcək səviyyədə deyil. Buna görə də potensial var. Bu gün dünya praktikasında təhsilə bir dəyər kimi, yalnız dövlət tərəfindən hökumətin üzərinə qoyulan bir yük kimi baxılması yeganə yol kimi qəbul edilmir. Bu nöqteyi-nəzərdən özəl sektorun gələcəkdə istər 12 illik təhsilə keçid çərçivəsində, istərsə də təhsilin müxtəlif pillələrində bu sektorun inkişafı üçün imkanlar mövcuddur. Bu, ümumilikdə təhsil sisteminə əlavə resursların gətirilməsi deməkdir”.

M.Cabbarov tam orta təhsilin son iki sinfinin ödənişli olması ilə bağlı məqama toxunub. Onun sözlərinə görə, ümumu təhsil sisteminə yalnız ali təhsilə hazırlıq kimi baxmaq yanlış yanaşmadır.

“Ümumi təhsil insanı həyata hazırlayır. Ümumi təhsil həm ali təhsil, həm əmək bazarı, həm də müstəqil həyat üçün hazırlıq kimi başa düşülməlidir. Bu nöqteyi-nəzərdən ümumtəhsil sisteminin son ilinə ali təhsilə hazırlıq kimi baxmırıq. Təhsil hüququ Konstitusiya ilə nəzərdə tutulub və hər bir Azərbaycan vətəndaşının təhsil almaq hüququ var və bu da yüksək səviyyədə təşkil edilib”.

M.Cabbarov 12 illik təhsil sistemi ilə bağlı Asiya İnkişaf Bankı il gələcəkdə əməkdaşlığın qurulmasının müzakirələr nəticəsində dəqiqləşəcəyini bildirib:

“Bu, yalnız Təhsil Nazirliyi tərəfindən verilən qərar deyil. Bu hökumət, Nazirlər Kabineti və digər aidiyyəti qurumlarla məsləhətləşmələr nəticəsində alınan qərardır”.

Gülxar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm