Nida.az
Rəsmi Bakı Avropa İttifaqına təqdim etdiyi bəyanatın detallarını açıqladı
Azərbaycan tərəfindən Avropa İttifaqı və Şərq
Tərəfdaşlığı ölkələrinin Riqa bəyanatı ilə əlaqədar Avropa
İttifaqına təqdim edilən bəyanatın detalları
açıqlanıb.
XİN-in mətbuat xidmətindən Publika.az-a verilən məlumata görə, Azərbaycan avropalı tərəfdaşların Şərq Tərəfdaşlığının gündəliyində olan məsələlərin tam şəkildə bu bəyanat vasitəsilə əhatə edilməsi cəhdlərini qeyd edir:
"Azərbaycan Avropa İttifaqının ziddiyyətli üslubdan yan keçərək,
həssas və təhdid doğuran məsələləri cavablandırmaq cəhdlərini
alqışlayır. Amma Azərbaycan bəzi məsələlərin kompromis mövzusu ola
bilməyəcəyini vurğulayır. Belə ki, bir sıra Şərq Tərəfdaşlığı
ölkələri hərbi işğal, etnik təmizləmə və əhalinin zorla öz
torpaqlarından qovulması ilə nəticələnərək xaricdən tətbiq edilən
silahlı münaqişələr və ərazi iddiaları ilə üzləşirlər. Bu
münaqişələr beynəlxalq hüququn fundamental norma və prinsipləri,
xüsusilə suverenlik, ərazi bütövlüyü və beynəlxalq səviyyədə
tanınmış sərhədlərin kobud şəkildə pozulması səbəbindən irəli gəlir
və müşayiət olunur. Bu prinsiplər qlobal və Avropa qitəsi
səviyyəsində dövlətlərarası münasibətlərin və beynəlxalq
təhlükəsizlik sisteminin özəyini təşkil edir".
Bəyanatda qeyd olunub ki, Avropa İttifaqının bütün tərəfdaş dövlətlərin suverenliyi və ərazi bütövlüyünə dəstəyini nəzərə alaraq, Azərbaycan bu prinsiplərin toxunulmazlığına kölgə salmaq cəhdlərini qeyd etməyə bilməz: "Bəzi tərəfdaş dövlətlərə təsir edən münaqişələrə dair güzəştli mətnin hazırlanması cəhdlərində bəyanat layihəsinin müəllifləri beynəlxalq təcrübədə “ikili standartlar” adlanan məqamdan yan keçə bilməyiblər. Azərbaycan Ermənistan-Azərbaycan hərbi münaqişəsinə münasibətdə Avropa İttifaqının aydın və birmənalı mövqeyinin ifadə olunmasını gözləyir. Bu münaqişənin həllinin əsasını Azərbaycanın ərazi bütövlüyü, suverenliyi və beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığını bir daha təsdiq edən və ölkənin bütün işğal olunmuş ərazilərindən erməni işğalçı qüvvələrinin dərhal, tam və qeyd-şərtsiz çıxarılmasını tələb edən BMT Təhlükəsizlik Şurasının 822(1993), 853(1993), 874 (1993) və 884(1993) saylı qətnamələri təşkil edir. Azərbaycan Avropa İttifaqı tərəfindən bu qətnamələrə ciddi şəkildə riayət edilməsi və onların həyata keçirilməsinin təmin edilməsi istiqamətində birmənalı və qəti addımların atılmasını gözləyir".
-
İdman03:18
“Mançester Yunayted”in ən seksual azarkeşi - FOTOLAR
-
İdman01:45
Məşhur kluba ağır cəza - 18 xalı silindi
-
Sosial01:01
Azərbaycana qaytarılan dörd kəndin sakinləri DANIŞDILAR - VİDEO
-
Qoroskop00:31
Günün qoroskopu: köklü yeniliklər başlanır
-
Magazin119 Aprel 23:15
Nazpəri illər sonra İlhamə Quliyeva ilə küsülü olmasının səbəbini açıqladı - VİDEO
-
Hadisə19 Aprel 22:48
Bakı metrosunda OLAY
-
Nida Xəbər 19 Aprel 22:24
4 kənd qayıtdı - Növbəti mərhələdə nə var?
-
Dünya19 Aprel 22:12
Ukrayna Rusiyanın hərbi obyektlərini vura bilər - NATO-dan TAM DƏSTƏK