“Üzeyir musiqisinin inciləri” adlı konsert olacaq
Bizi izləyin

Magazin1

“Üzeyir musiqisinin inciləri” adlı konsert olacaq

Mayın 27-də Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsinin təşkilatçılığı ilə Qara Qarayev adına Mərkəzi İncəsənət Məktəbində “Üzeyir musiqisinin inciləri” adlı konsert keçiriləcək.

Mərkəzi İncəsənət Məktəbindən publika.az-a bildirilib ki, konsert dahi Ü.Hacıbəylinin anadan olmasının 130 illik yubileyinə və 28 may - Respublika Gününə həsr olunacaq.

Azərbaycan professional musiqi yaradıcılığının təşəkkülü və inkişafı – bir çox janrların meydana gəlməsi və təkamülü, professional musiqi kollektivlərinin yaranması dahi Üzeyir Hacıbəylinin adı ilə bağlıdır.

Onu da qeyd edək ki, sabah Müslüm Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında Respublika Gününə həsr edilən konsert olacaq. Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsinin təşkilatçılığı ilə keçiriləcək konsertdə incəsənət ustaları və bədii qiraətçilər çıxış edəcəklər.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm