Qırmızı.az
Abid Şərifov: "Cavabımdan şou düzəldirsiniz"
“Mən balam kimi deyirəm, ay oğul, ay atam, sənə nə fərqi
var kim tikib? Məsləhət olub filankəs tiksin, o da tikir. Siz də
mənim bu cavabımı dramatikləşdirirsiniz, faciəyə, tragediya
çevirirsiniz, şou düzəldirsiniz".
Publika.az-ın məlumatına görə, bunu "Report"a
açıqlamasında Azərbaycan baş nazirinin müavini, Bakı şəhəri
Binəqədi rayonu ərazisində çoxmərtəbəli binada baş vermiş yanğın
ilə əlaqədar yaradılan Dövlət Komissiyasının sədri Abid Şərifov
deyib. Baş nazirin müavini hesab edir ki, jurnalistlərin hansı
şirkətin yaxşı, hansının pis işlədiyini bilmələri mümkün deyil.
"Allah sizi qorusun, Allah sizi salamat eləsin. Siz jurnalistlər
bəyəm bilirsiz hansı şirkət yaxşıdır, hansı şirkət pisdir, hansı
şirkət vicdanla işləyir? Ay Allah sizi salamat eləsin. İstər o
balaca, istər də böyük jurnalistlərə mən bir balam kimi, ərkyana
müraciət edirəm. Siz də başlayırsız onu şou etməyə. Nə istəyirsiz
edin. Allah sizi sağ-salamat eləsin", - A.Şərifov əlavə
edib.
Xatırladaq ki, mayın 19-da Bakının Binəqədi rayonunda yerləşən
16 mərtəbəli binada yanğın baş verib. Yanğın nəticəsində 4-ü
azyaşlı olmaqla 15 nəfər ölüb, 50-dən çox insan müxtəlif dərəcəli
bədən xəsarəti alıb və ya zəhərlənib. Hadisənin araşdırılması və
nəticələrinin aradan qaldırılması üçün dövlət komissiyası
yaradılıb. Komissiyaya baş nazirin müavini Abid Şərifov rəhbərlik
edir.
Mayın 23-ü yanğın baş verən binaya baş çəkən A.Şərifovdan
jurnalistlərdən biri yanmış binada tikinti işlərinin hansı şirkət
tərəfindən aparıldığını soruşub. Komissiya sədri suala belə cavab
verib: "Nə dəxli var sənə, nə üçün bilməlisən ki kimdir? Alabala!
Pressaya nə dəxli var, ay oğul?!"
Onun bu cavabı mətbuatda müzakirələrə səbəb olub.
-
Magazin104:44
Xalq artisti canlı yayımda kövrəldi: “Darıxdığım var” - VİDEO
-
ABŞ03:13
Komaya düşən qalmaqallı bloqer ÖLDÜ
-
Səhiyyə02:42
Ən güclü qan qrupu: onun sahibləri ÇOX YAŞAYIRLAR
-
Sosial01:41
Azərbaycanı görünüşü ilə heyrətə gətirən uşağın atası danışdı - VİDEO
-
Sosial00:30
“Space" TV-yə geri döndü: "Məbləğin bir qismi ödənildi" - FOTO/VİDEO
-
Qoroskop00:15
Günün ULDUZ FALI: normal imkanlar yaranana qədər gözləyin
-
MDB00:00
Putinə indi məruzə edildi, Şoyquya isə əvvəlcədən deyilib
-
Nida Xəbər 23 Aprel 23:48
Nazirlər Kabinetindən YENİ SİYAHI - Kimlərin adları var?