Azərbaycanda ali məktəblərə yeni qəbul olunanların təhsil haqqı artırılacaq? - RƏSMİ
Bizi izləyin

Qırmızı.az

Azərbaycanda ali məktəblərə yeni qəbul olunanların təhsil haqqı artırılacaq? - RƏSMİ

Azərbaycan Təhsil Nazirliyi ali məktəblərdə 2015-2016-cı tədris ili üçün qəbul aparılan bəzi ixtisaslar üzrə təhsil haqlarının artırılması məsələsinə münasibət bildirib.

Təhsil Nazirliyindən Trend-in sorğusuna cavab olaraq bildirilib ki, ali məktəblərdə artıq adambaşına maliyyələşdirmə mexanizmi tətbiq edilir. Bununla əlaqədar ali təhsil müəssisələri gəlir və xərclərini özləri müəyyənləşdirirlər.

Belə ki, ayrı-ayrı ixtisaslar üzrə təhsil haqlarının müəyyənləşdirilməsi ali təhsil müəssisələrinin səlahiyyətindədir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm