Sergey Lavrov: "Rusiya və Azərbaycanın tərəfdaşlığı Cənubi Qafqaz regionunda sabitlik baxımından vacibdir"
Bizi izləyin

Nida.az

Sergey Lavrov: "Rusiya və Azərbaycanın tərəfdaşlığı Cənubi Qafqaz regionunda sabitlik baxımından vacibdir"

Rusiya və Azərbaycanın strateji tərəfdaşlığı ikitərəfli əməkdaşlıq və Cənubi Qafqaz regionunda sabitlik baxımından vacibdir.

Trend-in məlumatına görə, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov Moskvada azərbaycanlı həmkarı Elmar Məmmədyarov ilə keçirdiyi danışıqların yekunu üzrə təşkil edilən mətbuat konfransında deyib.

Onun sözlərinə görə, iki ölkənin iqtisadi əlaqələri inkişaf edir, əmtəə dövriyyəsi tarixi maksimuma çatıb və ötən illə müqayisədə 12 faiz artıb.

S.Lavrov qeyd edib ki, bu ildə də müsbət dinamika müşahidə edilir: "Rusiyanın bir çox regionları Azərbaycanla əlaqə saxlayır. Yekaterinqburqda VI Rusiya-Azərbaycan forumunun keçirilməsinə hazırlıq görülür".

Oxumağa davam et
Reklam
Reklam

Gündəm