Yaraşıqlı aktyora bir ayda 9 serial təklifi gəldi
Bizi izləyin

Magazin2

Yaraşıqlı aktyora bir ayda 9 serial təklifi gəldi

Türkiyənin ən yaraşıqlı aktyorları arasında adı çəkilən Kərəm Bürsin son günlər karyerasında əldə etdiyi uğurlarla gündəmdədir.

Baş rolda oynadığı, “Kanal D”də yayımlanan “Şərəf məsələsi” serialı bitdiyi üçün hazırda istirahət edən aktyora 1 ay içərisində onlarla təklif gəlib. Kərəm Bürsinə gələn təkliflərdən 9-u serial, 4-ü film, 2-si isə teatr layihəsidir.

Aktyora serial təklif edənlərdən biri də “TV 8” kanalının rəhbəri Acun İlıcalıdır.

Hazırda hansı layihədə yer alacağına qərar verə bilməyən Kərəmin qonorarını artırdığı deyilir.

Belə ki, “Şərəf məsələsi”ndə hər seriya üçün 40 min lirə alan aktyor, yeni sezondan etibarən bu miqdarı 50 min lirəyə qaldırıb.

Ləman Sultan

Oxumağa davam et
Reklam
Reklam

Gündəm