Dünya
Ramadini İŞİD-ə keçmiş baş nazir peşkəş etdi – İDDİA
İraqın Ənbar vilayətinin inzibati paytaxtı Ramadi ölkənin keçmiş baş naziri Nuri Əl-Malikinin səlahiyyətində olan hərbi qüvvələrin geri çəkilməsi ilə İŞİD tərəfindən işğal olunub.
Publika.az “Rudaw” saytına istinadən xəbər verir ki, bu barədə İraq ordusunun 10-cu batalyonunun komandiri Sefin Abdülməcid bildirib.
“Ramadi İŞİD-ə peşkeş edildi. Nuri Əl-Malikinin səlahiyyəti altındakı güclərin geri çəkilməsi ilə şəhər itirildi”, - o, deyib.
Onun sözlərinə görə, mayın 17-də - İŞİD hücuma keçmədən əvvəl tam təchizatlı 200-ə yaxın zirehli texnika ilə hərbi qüvvələr şəhərdən çıxmağa başlayıb. Bu barədə baş nazir Haydar Abadiyə də məlumat verilib. Həmin vaxt isə baş nazir Bağdadda ABŞ-ın liderlik etdiyi koalisiya gücləri ilə Mosulun xilas edilməsi planını müzakirə edirdi.
Təhlükəsizlik güclərinin Ramadini tərk etməsindən bir neçə saat sonra İŞİD şəhərə hücum etməyə başlayıb.
“Daha əvvəl İŞİD-in beş yüzdən çox avtomobillə Suriyadan İraqa daxil olduğunu və çoxunun da Ənbar vilayətinə gəldiyi barədə kəşfiyyat məlumatını amerikalılar və İraq səlahiyyətliləri ilə paylaşmışdım. Ancaq heç bir tədbir görülmədi. İŞİD böyük gücə malikdir. Təşkilat, deyildiyi kimi, heç də zəifləməyib. Ramadidə yaşananlar Maliki və dostlarının baş nazir Haydar Abadiyə xəyanəti idi”, - Sefin Abdülməcid bildirib.
Ömər Dağlı
-
Region09:20
Tavuşda etiraz başladı: Ermənilər İrəvan-Tbilisi yolunu bağladılar
-
Ekopublika.az08:35
Azərbaycanda yumurta kəskin ucuzlaşdı - SƏBƏB
-
Nida Xəbər 07:50
Blinken Azərbaycanın kəndlərinin qaytarılması ilə bağlı razılaşmanı alqışladı
-
Magazin107:25
Azərbaycanlı aktrisa əzələlərini nümayiş etdirdi - FOTOLAR
-
İdman03:18
“Mançester Yunayted”in ən seksual azarkeşi - FOTOLAR
-
İdman01:45
Məşhur kluba ağır cəza - 18 xalı silindi
-
Sosial01:01
Azərbaycana qaytarılan dörd kəndin sakinləri DANIŞDILAR - VİDEO
-
Qoroskop00:31
Günün qoroskopu: köklü yeniliklər başlanır