I Avropa Oyunlarının məşəli Oğuzda
Bizi izləyin

Bakı 2015

I Avropa Oyunlarının məşəli Oğuzda

Birinci Avropa Oyunlarının məşəli bu gün Oğuz rayonuna aparılıb. Mərasimi izləmək üçün minlərlə sakin küçələrə axışıb.

Publika.az xəbər verir ki, "Bakı 2015"-in məşəli Oğuz şəhərinin Heydər Əliyev prospektindən start götürüb. Məşəl prospekt boyu ümumilikdə 2200 metr məsafə qət etməklə Oğuz Olimpiya İdman Kompleksində quraşdırılmış səhnəyə gətirilib.

Məşəl estafetini daşımaq üçün rayonun 10 fəal gənci seçilib. Estafeti fiziki hazırlıq müəllimi Rəfiqə Babayeva qəbul edərək, digər məşəlçilərə ötürüb. Sonda sambo üzrə veteran idmançı Araz Umarov tərəfindən səhnəyə qaldırılan məşəl vasitəsilə İlk Avropa Oyunlarının çırağı alovlandırılıb.

Yandırılan çıraq I Avropa Oyunları bitənədək saxlanılması üçün Heydər Əliyev mərkəzinə təhvil verilib.

Məşəl estafeti Şimal-Qərb bölgəsinə olan səfərini bu axşam Şəki rayonunda Alov Festivalı ilə başa çatdıracaq.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm