Bakı 2015
Fikrət Qoca: “Xoşbəxt xalqıq ki, bu qədər əcnəbi qonağa ev sahibliyi edəcəyik”
Xalq şairi Fikrət Qoca Azərbaycanda keçirilən Birinci Avropa Oyunlarını ölkəmiz üçün fəxarət kimi dəyərləndirib.
Publika.az-a danışan xalq şairi belə bir möhtəşəm tədbirə ev sahibliyi etdiyi üçün Azərbaycan xalqının xoşbəxt xalq olduğunu dilə gətirib: “Dünyada ilk dəfə olaraq nüfuzlu bir tədbirin ölkəmizdə keçirilməsi məni həm bir yaradıcı insan, həm də vətəndaş olaraq çox duyğulandırır. Dünyanın 50-dən artıq ölkəsinin idmançıları ölkəmizə gələcək. Azərbaycan əcnəbi turistlərə, idmançılara, jurnalistlərə qucaq açacaq. Görün, biz necə xoşbəxt xalqıq ki, bu qədər əcnəbi qonağa ev sahibliyi edəcəyik. Biz onların qarşısına milli adət-ənənələrimizə uyğun şəkildə çıxmalıyıq. Öz qonaqpərvərliyimizi nümayiş etdirməliyik. Mən bu gün Azərbaycanın uğurlarına baxanda sevincimdən kövrəlirəm. Ölkə başçımızın səyi nəticəsində Azərbaycan gün-gündən inkişaf edir. Bu uğurlara paxıllıq edənlər də var. Amma bu paxıllıq, qarayaxmalar ölkəmizin şöhrətini azalda bilməyəcək”.
Xalq şairi hər bir azərbaycanlını bu möhtəşəm bayramı daha yaxından izləməyə səsləyib.
Cəvahir Səlimqızı
-
İdman13:26
Musa Qurbanlının Messi ilə FOTOSU yayıldı: Onlar necə görüşüb?
-
İdman13:01
"Real"ı yarımfinala daşıyan Luninin memar gözəlçəsi - FOTOLAR
-
Sosial12:31
Kəmaləddin Heydərov onu yüksək vəzifəyə təyin etdi - FOTO
-
Maraq dünyası12:00
May ayının şanslı BÜRCLƏRİ
-
Hadisə11:18
"Oğlan subay olub, qız isə..." - Bakıda gənclər hamamda necə ölüb? - VİDEO
-
Dünya10:41
Rusiya hərəkətə keçdi: Bu ölkə qırıcıları havaya qaldırdı
-
Avropa10:15
Zelenskini öldürmək istəyən şəxs bu ölkədə saxlanıldı
-
MDB09:48
Moskvada motosikletçini öldürən Şahin Abbasovun mənzilindən görün nə qədər pul tapıldı - FOTO