“Saf rənglər” adlı III Beynəlxalq rəsm yaradıcılığı festivalı açılıb
Bizi izləyin

Magazin1

“Saf rənglər” adlı III Beynəlxalq rəsm yaradıcılığı festivalı açılıb

Bu gün Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının muzey-sərgi kompleksində uşaq və yeniyetmələrin “Saf rənglər” adlı III Beynəlxalq rəsm yaradıcılığı festivalı açılıb.

Festival Təhsil Nazirliyi və Akademiyanın birgə təşəbbüsü ilə keçirilən sərgi mayın 3-dək davam edəcək.

Festivalda 20-dək rəssamlıq studiyası, incəsənət məktəbləri ilə yanaşı, Fransa, Kuba, Koreya Respublikası, Çin, Belarus, Misir, Mərakeş, Türkiyə, Pakistan, Hindistan və bir çox ölkələrdən uşaqların 700-dək əl işi nümayiş olunur.

Mayın 30-dək davam edəcək festivalın xeyriyyəçilik ənənəsinə uyğun olaraq əlil uşaqlara kömək məqsədilə əsərlərin satışı da həyata keçirilir. Festival müsabiqəyönümlü olduğundan fərqlənən uşaq və yeniyetmələr dəyərli hədiyyələrlə mükafatlandırılacaq.

FOTOLAR Azərtac

Oxumağa davam et
Reklam
Reklam

Gündəm