İdman
UEFA da Blatterə arxa çevirdi
UEFA-nın prezidenti Mişel Platini mayın 29-da FİFA prezidentliyi uğrunda keçiriləcək seçkidən danışıb.
Publika.az xəbər verir ki, fransız futbol rəhbəri seçkidə qurumun hazırki prezidenti Jozef Blatteri yox, onun yeganə rəqibi, İordaniya şahzadəsi Əli bin Əl-Hüseyni dəstəklədiyini deyib:
"Blatter FİFA-ya rəhbərlik etdiyi dövrdə qurum bundan xeyirdən çox zərər görüb. Buna görə də, onun getməsinin tərəfdarıyam. Blatterin seçkidə əsas rəqibi olan Əl-Hüseyni şəxsən tanıyıram. Məncə, o, bu posta tam uyğun insandır. Blatterin FİFA prezidentliyindən imtina etmək istəməməsinin səbəbini anlayıram. O, ömrünün böyük hissəsini bu qurumda keçirib. Blatter prezidentlikdən gedəcəyi təqdirdə özünü boşluğa düşmüş kimi hiss edəcəyini düşünür. Ancaq məncə, o, doğrudan bu qurumu sevir və inkişaf etməsini istəyirsə, öz istəyiylə getməlidir. Onun getməsiylə FİFA məhv olmayacaq. Əksinə, daha da inkişaf edəcək".
Blatterin seçkilərdə yeganə rəqibi Əl-Hüseyn təkcə Platini tərəfindən dəstəklənmir. Belə ki, bir müddət əvvəl Blatterin rəqiblərindən olan Luiş Fiqu və Mixael van Praq öz namizədliklərini məhz İordaniya şahzadəsinin xeyrinə geri götürmüşdü.
FİFA prezidentliyinə seçkilər mayın 29-da keçiriləcək.
-
Sosial14:16
Elmira Süleymanova vəfat etdi - FOTO
-
Cənubi Qafqaz13:40
İrəvandan İlham Əliyevin təklifinə cavab gəldi: Hazırıq!
-
Sosial13:03
Prokurorluqdan Nəsib Quliyevin intihar faktı ilə bağlı çağırış: bu məlumatlar...
-
Sosial12:25
Baş nazir təyin olunan Ceyhun Cəlilov kimdir? - Dosye
-
Əmlak11:55
Qərar verildi: Ev almaq istəyənlərə 55 min manat ödəniləcək
-
İdman11:25
Ulduzu sönən futbolçunun parlaq gözəli - FOTOLAR
-
Nida Xəbər 10:47
Ermənilər Azərbaycanın nəzarətinə keçəcək körpünü tutdular
-
ABŞ10:17
Arxeoloqlar ABŞ-ın ilk prezidentinin içki anbarını tapdılar: Görün nə içirmiş - FOTO