Müxalifətin yeni silahı Əsədi şoka salacaq – VİDEO/FOTO
Bizi izləyin

Dünya

Müxalifətin yeni silahı Əsədi şoka salacaq – VİDEO/FOTO

Suriyada Bəşər Əsəd rejiminə qarşı döyüşən müxalifət vətəndaş müharibəsinin gedişatında öz silahlarını istehsal edir.

Publika.az xarici mediaya istinadən xəbər verir ki, müxalifətin əllərindəki məhdud imkanlarla yaratdıqları yeni silah silah mütəxəsislərini belə heyrətləndirir.

Mətbəxdə istifadə olunan qaz balonlarının içərisinə “Borkan” adlanan kimyəvi maddəni dolduran müxalifət gücləri onu bir mərmi halına gətirib. Bu mərmilər təxminən 2 kilometr uzaqlıqdakı hədəfləri vura bilir.

Toz halındakı kimyəvi maddə partladıqda qaza çevrilərək ətrafdakıları zəhərləyir. Hələlik yalnız Hələbdə istifadə edilən bu inanılmaz silahın gələcəkdə bütün Suriya ərazisində istifadə ediləcəyi bildirilir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm