Nehrəmlinin futbol komandası da dağıldı
Bizi izləyin

İdman

Nehrəmlinin futbol komandası da dağıldı

Azərbaycanın futzal üzrə çempionu "Xəzər adaları" demək olar, tamamilə dağılıb. Ölkə çempionu kimi UEFA kubokunda iştirak etməli olan komandanın artıq bu turnirdən imtina etdiyi məlumdur.

Publika.az xəbər verir ki, böyük ehtimalla, "Xəzər adaları"nı futzal çempionatında ikinci yeri tutmuş "Fənər" əvəzləyəcək.

"Xəzər adaları"nın dərdi təkcə UEFA kubokuyla bitmir. Ümumiyyətlə, komandanın tamamilə dağılacağı, növbəti mövsümdə çempionatda iştirak etməyəcəyi gözlənilir. Düzdür, hazırda Azərbaycan Futzal Federasiyası "Xəzər adaları"nın həyatda qalması üçün nəsə etməyə çalışır. Amma çox güman, komanda fəaliyyətini birdəfəlik dayandıracaq.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm