Daha bir belçikalı cüdoçu “Bakı-2015” birinci Avropa Oyunlarında iştirak hüququ qazanıb
Bizi izləyin

Bakı 2015

Daha bir belçikalı cüdoçu “Bakı-2015” birinci Avropa Oyunlarında iştirak hüququ qazanıb

Belçika Olimpiya Komitəsi daha bir çüdoçunun “Bakı-2015” birinci Avropa Oyunlarında iştirak edəcəyini açıqlayıb.

AZƏRTAC “Bakı-2015”ə istinadla xəbər verir ki, Heydər Əliyev adına İdman Sarayında keçiriləcək yarışlarda tatami üzərinə 70 kiloqram çəki dərəcəsində Lola Mansur çıxacaq. Beləliklə, Belçikanı birinci Avropa Oyunlarında təmsil edəcək idmançıların sayı 117-yə çatıb.

İyirmi bir yaşlı cüdoçu 2012-ci və 2014-cü illərdə Belçika çempionatının qalibi olub. İdmançı, həmçinin dünya kuboku yarışlarının bürünc, 23 yaşadək cüdoçular arasında Avropa çempionatının isə gümüş mükafatçısıdır.

Belçika komandasının heyətində 13 cüdoçu Bakıda mübarizə aparacaq.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm