Nəqliyyat Nazirliyindən yeni kampaniya
Bizi izləyin

Qırmızı.az

Nəqliyyat Nazirliyindən yeni kampaniya

yun ayında Bakıda keçiriləcək I Avropa Oyunları ərəfəsində və Oyunlar zamanı hərəkətin tənzimlənməsi, keyfiyyətin və təhlükəsizliyin təmin edilməsi məqsədilə Nəqliyyat Nazirliyi sosial reklam xarakterli kampaniyaya start verib.

Publika.az nazirliyin saytına istinadən məlumat verir ki, “Məsuliyyətli piyada qaydanı pozmur” devizli xüsusi yazılar paytaxtın küçə və prospektlərində 60-dan artıq yerdə asfalt üzərinə həkk edilir.

Bakıda yol təhlükəsizliyini təbliğ etmək məqsədi daşıyan bu kampaniya sürücülərə və piyadalara mövcud yol hərəkəti təhlükəsizliyi qaydalarına əməl etməyə, xüsusi olaraq piyadalara yolu yalnız piyadalar üçün müəyyən olunmuş xüsusi piyada keçidlərindən istifadə edərək və müvafiq nişanlara əməl edərək keçmək lazım olduğunu təbliğ edir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm