Yaponiyada 5,6 bal gücündə zəlzələ olub
Bizi izləyin

Dünya

Yaponiyada 5,6 bal gücündə zəlzələ olub

Tokioda 5,6 bal gücündə zəlzələ baş verib.

Publika.az-ın məlumatına görə, səlahiyyətli orqanlar əvvəlcə sunami xəbərdarlığı elan etsələr də, sonradan bunu ləğv ediblər. Yaponiya Meteorologiya Agentliyinin verdiyi məlumata görə, yeraltı təkanların episentri Tokionun şimalında, Saytama prefekturasında, ocağı isə 50 kilometr dərinlikdə yerləşib.

Zəlzələ nəticəsində Tokiodakı binalar güclü şəkildə silkələnib. Yeraltı təkanlardan sonra təhlükəsizlik məqsədilə Tokio metro xəttində qatarların hərəkəti müvəqqəti dayandırılsa da, hazırda tam bərpa olunub. Təbii fəlakət sürətli qatarların bir neçə xəttində də hərəkətin dayanmasına səbəb olub. Uçuş-enmə zolaqları yoxlandıqdan sonra Narita beynəlxalq hava limanında iş bərpa olunub. Yaponiyanın bu ərazidə yerləşən atom obyektlərində heç bir fövqəladə vəziyyət qeydə alınmayıb.

Zəlzələ ilə əlaqədar Baş nazir Şinzo Abenin administrasiyası yanında fövqəladə qərargah yaradılıb. İndiyədək qərargaha zərərçəkənlər və dağıntılar barədə məlumat daxil olmayıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm