İŞİD Ramadiyə əlavə qüvvələr gətirib
Bizi izləyin

Dünya

İŞİD Ramadiyə əlavə qüvvələr gətirib

İŞİD terror təşkilatı İraqın Ramadi şəhərində öz mövqelərini möhkəmlədir.

Publika.az xarici mediaya istinadən xəbər verir ki, İŞİD şəhərə əlavə qüvvələr cəlb edib. Yerli sakinlər mayın 24-də şəhərə yük maşınları ilə əlavə qüvvələr gətirildiyini müşahidə ediblər.

Öz növbəsində İraq ordusu şiə döyüşçülərin dəstəyi ilə şəhəri geri almağa hazırlaşır. Müttəfiq qüvvələr mayın 25-də şəhərin 20 kilometrliyindəki al Taş kəndini ələ keçiriblər. Hazırda İraqın bir sıra bölgələri İslam Dövləti qrupunun əlindədir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm