“Qırmızı körpü”də saxta dollar tutulub
Bizi izləyin

Dünya

“Qırmızı körpü”də saxta dollar tutulub

Azərbaycan ilə Gürcüstan arasındakı “Qırmızı körpü” sərhəd-keçid məntəqəsində qonşu ölkə vətəndaşının üzərindən 194,4 min saxta ABŞ dolları götürülüb.

Gürcüstan Daxili İşlər Nazirliyinin məlumatına görə, saxlanılan şəxs saxta əskinasların ona məxsus olduğunu etiraf edib. İstintaq sirri olduğu üçün saxlanılan şəxsin kimliyi açıqlanmır.

Onun barəsində Gürcüstan Cinayət Məcəlləsinin 212-ci maddəsinin 2-ci hissəsi ilə (külli miqdarda saxta əskinasların, qiymətli kağızların və metal sikkələrin istehsalı, saxlanılması və satışı) cinayət işi başlanıb.

Əməlləri sübuta yetirilərsə, həmin şəxsi 4 ildən 7 ilədək azadlıqdan məhrumetmə cəzası gözləyir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm