Polşanın yeni prezidentinin adı açıqlandı
Bizi izləyin

Dünya

Polşanın yeni prezidentinin adı açıqlandı

Polşanın ən böyük müxalifət partiyası olan “Qanun və ədalət” partiyasının namizədi Ancey Duda ölkənin yeni prezidenti seçilib.

Publika.az-ın məlumatına görə, Polşada keçirilən prezident seçkilərinin ikinci turunun yekunlarına görə, bütün bülletenlər sayılıb qurtardıqdan sonra Ancey Dudanın 51,55 faiz səs topladığı müəyyənləşib. Hazırkı prezident Bronislav Komorovski isə 48,45 faiz səs yığa bilib.

Seçkilərin bu turunda seçicilərin 55,34 faizi iştirak edib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm