Azərbaycanlıların qəbul etmədiyi yeni Dərbənd meri: klanlararası müharibə - ÖZƏL
Bizi izləyin

Nida.az

Azərbaycanlıların qəbul etmədiyi yeni Dərbənd meri: klanlararası müharibə - ÖZƏL

Dərbənd şəhərinin azərbaycanlı icması yeni mer seçilən Azadi Rəhimovu qəbul etmir.


Publika.az-ın Dərbənd mənbələrindən əldə etdiyi məlumata görə, A.Rəhimov azərbaycanlılar arasında birmənalı qəbul olunmayan fiqurdur.


“Onun Qurban Qurbanovun “vurulmasında” iştirakı unudulmayıb. Bu şəxs indiyə qədər də azərbaycanlılar üçün heç bir müsbət işi ilə yadda qalmayıb. Vaxtilə ədliyyə naziri olanda problemlər yaradıb. Həmişə də öz şəxsi imici üçün çalışıb. İndi belə bir şəxsin azərbaycanlıların şəhərində merlik etməsinin bizə hansı xeyri olacağı suallar yaradır”, - deyə mənbə bildirib.


Abdulatipovun ləzgi klanı uğrunda mübarizədə Dərbənd gedişi


Məlumata görə, A. Rəhimov özü tabarasanlı olsa da, Dərbəndin ləzgi klanına çox yaxındır: “Çünki onun arvadı milliyətcə ləzgidir. Rəhimovun mer seçilməsində bu faktor də rol oynadı. Belə ki, o, Ramazan Abdulatipovun adamıdır. Abdulatipov avar klanının rəhbəri kimi həmişə ləzgi klanının rəhbərliyi ilə problemlər yaşayıb. Yadınızdadırsa, ləzgi klanının əsas fiqurlarından olan İmam Yarəliyevlə aralarında məhz merlik postu uğrunda mübarizə gedirdi.

Abdulatipov ləzgi klanına yaxın Rəhimovu mer gətirməklə həm də ləzgilər arasında təşəbbüsü ələ almaq və Yarəliyevi bu klanın liderliyindən uzaqlaşdırmaq istəyir. Azərbaycanlılar üçün isə əsas məsələ yeni merin necə rəftar edəcəyidir”.


Etirazlar istisna deyil


Mənbə qeyd edib ki, azərbaycanlılar hazırda gözləmə mövqeyindədir.


“Yeni merin necə işləyəcəyi hamı üçün maraqlıdır. Əgər azərbaycanlılara qarşı, xüsusilə milli ənənələrlə bağlı zidd fəaliyyət olsa, etirazlar ola bilər”, - deyə məlumatda bildirilir.


Asif Nərimanlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm