Türkiyə gözəlinin ərəb mətbuatına açıqlaması – FOTOLAR
Bizi izləyin

Magazin2

Türkiyə gözəlinin ərəb mətbuatına açıqlaması – FOTOLAR

“Əsla vaz keçməm” seiralında çəkilən aktyorlar, o cümlədən Türkiyə gözəli seçildikdən sonra bu serialda çəkilən İzmirli Amina Gülşe Birləşmiş Ərəb Əmirliklərindəki “MBC4” kanalında yayımlanan “Turku ekstra” proqramında qonaq olublar.

21 yaşlı Amina Gülşe seriala çəkilməkdən zövq aldığını və tərəf müqabili Tolgahan Sayışmanla birlikdə oynamaqdan məmnun olduğunu söyləyib: “Çox gərgin bir tempdə çalışırıq, yoruluruq. Şəxsi həyatımız qalmır. Çalışarkən bir mehmanxanada qalırıq. Sevdiklərimizi, ailəmizi görməyə imkanımız olmur. Ancaq yenə də işimi sevirəm. Çox yaxşı komandamız var, işimizdən zövq alırıq".

Amina Gülşe aktyorluq bir tərəfə, gözəllik müsabiqəsinə də tamamilə təsadüf nəticəsində qatıldığını izah edib. O, açıqlamasında İsveçdə doğulub böyüdüyünü, anası ilə İzmirə gəldikdən sonra gözəllik müsabiqəsinin elanını gördüyünü və qatılmağa qərar verdiyini bildirib.

Gülşe açıqlamasında birinci seçildikdən sonra aktyorluq dərsləri almağa başladığını, işini sevdiyini və çox çalışdığını da deyib. Amina Gülşe atasının iraqlı olmasına baxmayaraq, ərəbcə başa düşdüyünü, amma danışa bilmədiyini söyləyib.

Fidan

Oxumağa davam et
Reklam
Reklam

Gündəm