Gülbən Ergen: “Oğullarıma bahalı markalardan paltar geyindirmirəm”
Bizi izləyin

Magazin2

Gülbən Ergen: “Oğullarıma bahalı markalardan paltar geyindirmirəm”

Gülben Ergen məruzəçi kimi iştirak etdiyi Sosial Marka Sammitində mühüm bəyanatlar verib. Publika.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, aktiv “Facebook” və “İnstaqram” istifadəçisi olan müğənni sosial şəbəkələrdən pul qazanmaq məqsədilə istifadə etmədiyini deyib.

Konfransda sualları cavablandıran Gülbən Ergen belə deyib:

"Sosial media hesabımı pul qazanmaq üçün istifadə etmirəm. Onsuz da səhnədən və başqa yerlərdən kifayət qədər pul qazanıram. Öz fikirlərimi kiçik qəzetim və televizorum dediyim sosial şəbəkələrdə paylaşıram. Bu da mənə yetir".

Üç uşaq anası olan Gülbən oğullarını sadə insanlar kimi yetişdirdiyini və eqoist böyütmədiyini söyləyib: ”Uşaqlarıma bahalı markalardan paltarlar geyindirmirəm, böyüyən o birinin paltarını geyinir. Üçü də eyni oyuncaqları bölüşür”.

Fidan

Oxumağa davam et
Reklam
Reklam

Gündəm