Afrodizyak təsirli pudinq - Resept
Bizi izləyin

Mətbəx

Afrodizyak təsirli pudinq - Resept

Bəzi qidaların cinsi həyata yaxşı təsir etdiyi qədim zamanlardan bəri insanlara məlum olub. Belə qidalar afrodizyak adlandırılır. Bir neçə afrodizyakdan eyni zamanda istifadə etdikdə onların effekti daha da artır.

Bir neçə afrodizyakı birləşdirmək üçün dadlı pudinq hazırlaya bilərsiniz.

Tərkibi:

2 ədəd avokado

Yarım stəkan badam südü

1 xörək qaşığı çiy badam

2 xörək qaşığı kakao

1 xörək qaşığı bal

1 çay qaşığı vanil

Yarım paket 80 faiz kakaolu tünd şokolad (rəndələnmiş)

Hazırlanması:

Tünd şokolad istisna olmaqla bütün məhsulları blenderdən keçirin. Daha sonra bu qarışımı 4 ədəd kiçik kasaya bölüşdürün. Üzərini rəndələnmiş tünd şokoladla bəzəyin.

Qeyd edək ki, bu pudinqin 1 porsiyası 280 kaloridir. Ona görə də həftədə 1 dəfədən artıq yemək məsləhət deyil.

Ləman Sultan

Oxumağa davam et
Reklam
Reklam

Gündəm