Səidə Sultan: “Hələ də ərə gedə bilmirəm, ürəyim partladı...” - FOTOLAR
Bizi izləyin

Magazin1

Səidə Sultan: “Hələ də ərə gedə bilmirəm, ürəyim partladı...” - FOTOLAR

“Əsl şou” verilişi teleməkanda yenilikləri ilə hər gün daha çox tamaşaçının diqqətini özünə çəkir. Əbəs yerə deyil, veriliş teleməkanda ən çox canlı tamaşaçıya malik səhər şousudur.

Verilişin bugünkü buraxılışında maraqlı məqamlardan biri aparıcı Səidə Sultanın ərə getmək arzusundan danışması olub. Musiqiçilərin canlı olaraq “Vağzalı”nı ifa etməsi müğənnini dilə gətirib.

“Elə ifa etdiniz, lap ərə getməyim gəldi. Hələ də gedib çıxa bilmirəm. Ürəyim partladı… Nə qədər olar?!”

Verilişdə qonaq olan müğənni Aytac Vidadiqızı isə həmkarına olan sevgisini gizlətməyib.

“Kaş Allah məni oğlan yaradardı. Gəlib səni alardım.”

Qeyd edək ki, “Əsl şou” verilişi həftə içi 5 gün saat 11:00-da Elgün Camalın və Səidə Sultanın təqdimatında “Space” telekanalında yayımlanır.

İsa Şükürov

Oxumağa davam et
Reklam
Reklam

Gündəm