Röya ortaya çıxdı: "Gedin öz vedrənizə sahib olun"
Bizi izləyin

Magazin1

Röya ortaya çıxdı: "Gedin öz vedrənizə sahib olun"

Ölkədən qaçdığı deyilən Röya son günlər mediada onunla bağlı yayılan xəbərlərə münasibət bildirib.

Publika.az xəbər verir ki, müğənni bu barədə instagram hesabında onu ittiham edənlərə sərt cavab verib.

“Hərəniz bir şey dediniz. Amma o uşaq zənn etdiyimdən fərqli çıxdı. Yenə də sağ olsun. Çünki günahkar da onlar idi. Lentə almağıma səbəb isə o idi ki, görüşərəm, sonra gedib deyər ki, məni çağırıb təhqir etdi və ya əl qaldırdı. Məni qınamayın, başıma gəlib belə bir şey. Bir dəfə biriylə görüşdüm, getdi yazdı şikayət etdi ki, Röya üstümə silah çəkdi. Mən də onunla çox ehtiyatla, tərbiyə ilə görüşüb lentə almışdım. Hamı yekə-yekə danışır. Amma unudursuz ki, mən də kiminsə anası-bacısıyam. Həm də nəslin kişisiyəm. Bütün mediaya sözüm olacaq. Amma indi yox. Unutdunuz ki, sosial şəbəkədə kişi-kişi danışanlar yox, məhz siz mənimlə bir yoldasız və üzbəüz gələcəyik. Yenə də qabağıma səs yazmayla siz çıxacaqsınız. Bunda sonra isə kim təhqir yazsa, qanun qarşısında cavab verəcək. Daha ürəyiyumşaqlıq etmərəm!”

Röya onun haqqında yazanlar da cavab verib:

“Buradan hamıya səslənirəm. Gedin öz vedrənizə sahib olun. "Sən kim idin, ay Röya" deyənlərə deyirəm, Röya məgər insan deyildi? Yoxsa dilənirdi, adam etdiniz? Yoxsa bədənini satırdı, düz yola gətirdiniz? Mərdi qova-qova namərd edirsiniz. Media əhlinə isə buradan səslənirəm – özünüzə sənət tapın, yaxşı jurnalistlərin adını yerə vurmayın. Hələ çox uzun yolumuz var birlikdə. Unutmayın. Hər kim olmuşamsa, bu, mənim həyatımdır. Sizə düşməyib mənim həyatımı müzakirə etmək. Öz arxanıza baxın, önümüzü görmək çox asandır. Kasıb-varlı söhbətini də bağlayın. Çünki mən varlı ailənin qızı deyiləm”.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm