Qırmızı.az
Cinayət yolu ilə əldə edilmiş gəlirlər prokurorluqda müzakirə olunub
Mayın 27-də Azırbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi və Mərkəzi Bank yanında Maliyyə Monitorinqi Xidmətinin birgə təşkilatçılığı ilə Baş Prokurorluğun müvafiq idarələrinin, Hərbi Prokurorluğun, Bakı şəhər prokurorluğunun və Baş İdarənin əməkdaşlarının iştirakı ilə “Cinayət yolu ilə əldə edilmiş gəlirlərin leqallaşdırılması” mövzusunda konfrans keçirilib.
Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin Təşkilati və informasiya təminatı idarəsinin rəisi Orxan İsayev tədbirdə çıxış edərək korrupsiyaya və cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərin leqallaşdırılmasına qarşı mübarizə istiqamətində həyata keçirilən işlərə dair ətraflı məlumat verərək, bu sahədə ölkə daxilində, eyni zamanda beynəlxalq səviyyədə əməkdaşlığın böyük əhəmiyyət kəsb etdiyini qeyd edib.
Mərkəzi Bank yanında Maliyyə Monitorinqi Xidmətinin Hüquq və metodologiya şöbəsinin rəisi Nurlan Babayev “Pulların leqallaşdırılması cinayətinin cinayət-hüquqi xarakteristikası”, həmin şöbənin əməkdaşı Azər Abbasov “Pulların leqallaşdırılması və korrupsiya cinayətlərinin oxşar və fərqli cəhətləri”, “Pulların leqallaşdırılması cinayəti üçün əsaslar və tipologiyalar” adlı məruzələr ediblər.
Tədbirdə mövzular ətrafında səmərəli fikir mübadiləsi aparılıb, iştirakçıları maraqlandıran suallar cavablandırılıb.
-
Sosial11:28
Sabah 31 dərəcə isti olacaq
-
Magazin111:01
Aktyor xalq artistinə belə cavab verdi: "Bu, onun başı üçün deyil"
-
Magazin110:31
Faiq Brillianta gözlənilməz sözlər dedi: "Allah bircə balasını..." - VİDEO
-
MDB10:21
FTX 5 ildir izləyirmiş: Generalın həbsinin detalları
-
Dünya09:48
İlber Ortaylıdan üzücü xəbər
-
Nida Xəbər 09:06
Köçəryan sərhədin müəyyənləşməsi haqda: Ola bilsin ki, mübahisəli ərazilərdən...
-
İdman08:24
Polis kluba BASQIN ETDİ: iki futbolçu zorlama ittihamı ilə saxlanıldı
-
Magazin104:44
Xalq artisti canlı yayımda kövrəldi: “Darıxdığım var” - VİDEO