OPEK neftin qiymətini dəyişə bilər
Bizi izləyin

Ekopublika.az

OPEK neftin qiymətini dəyişə bilər

OPEK-in iyunun 5-də keçiriləcək yarım illik toplantısında Səudiyyə Ərəbistanının neft strategiyasını dəstəkləyən qərar verilə bilər.

Axar.az “Bloomberg”ə istinadən xəbər verir ki, Səudiyyə rəsmiləri ABŞ-ın slans neftin hasilatını artırmasına cavab olaraq, OPEK-in də istehsalı indiki səviyyədə saxlamalı olduğunu bildirirlər. “Bloomberg”in sorğusuna qatılan mütəxəssislərin bir çoxu da OPEK-in iyunun 5-də gündəlik hasilatın həddini azaltmayacağı barədə qərar verəcəyini deyiblər.

Bildirək ki, hasilatın indiki səviyyədə saxlanması neft qiymətlərinin stabilləşməsinin qarşısını alacaq. İran və Venesuela dəfələrlə neft hasilatının azaldılması barədə OPEK-ə çağırış ediblər. Lakin Səudiyyə Ərəbistanı hasilatı azaltmaqdan imtina edib. Venesuela Prezidenti Nikolas Maduro bir müddət öncə açıqlamasında OPEK-in neft qiymətlərini yenidən 100 dollara qaytarmağı planladığını və yekun saziş üzərində işlədiklərini bildirmişdi.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm