Elmar Məmmədyarov Küveytin xarici işlər naziri ilə görüşüb
Bizi izləyin

Nida.az

Elmar Məmmədyarov Küveytin xarici işlər naziri ilə görüşüb

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov İslam Əməkdaşlıq Təşkilatı Xarici İşlər Nazirləri Şurasının 27-28 may tarixlərində Küveytdə keçirilən 42-ci sessiyası çərçivəsində Küveyt Dövləti baş nazirinin birinci müavini və xarici işlər naziri Şeyx Sabah Xalid Əl-Haməd Əl-Sabah ilə görüşüb.

XİN mətbuat xidmətindən Publika.az-a verilən məlumata görə, görüşdə iki ölkə arasında siyasi münasibətlərin inkişaf səviyyəsindən məmnunluq ifadə olunub. Bu xüsusda, parlamentlərarası əlaqələrin iki ölkə arasında əməkdaşlığın dərinləşdirilməsi və möhkəmləndirilməsində rolu qeyd olunub.

Həmçinin Hökumətlərarası Komissiyanın Küveytdə keçirilməsi nəzərdə tutulan növbəti iclasının gündəliyində duran məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb. İqtisadi əlaqələrin genişləndirilməsində qarşılıqlı biznes forumları, iş adamları üçün seminarların keçirilməsinin vacibliyi vurğulanıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm