Qədim ənənələrə söykənən yaşayış binası - FOTO
Bizi izləyin

Dünya

Qədim ənənələrə söykənən yaşayış binası - FOTO

Çinin “Tokamarch Architects” kompaniyasının memarları biri-birinə oxşar layihələrə “yox” deyərək qeyri-ənənəvi arxitektura nümunəsinə üstünlük verməyi qərara alıblar.

Belə bir orijinal layihənin - yaşayış binasının Çinin Tszinxun şəhərində tikintisi planlaşdırılır.

Layihədə əsas diqqət qədim Çin kəndinin ənənəsinə yönəldilib. Yəni bu ölkənin kəndləri üçün təbiətlə sıx təmas çox xarakterikdir. Odur ki, sözügedən yaşayış binasının təbiətə yaxın olması başlıca şərtlərdəndir.

Binanın tikintisində bambuk ağacından istifadə edilib. Çoxmərtəbəli bina bir-birinin üzərində sanki asılı qalan yaşıl terraslarla xarakterizə olunur. Hər iki mərtəbədən birində isə həyət nəzərdə tutulub.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm