Cəmilovun oğlu 3 il 8 ay azadlıqdan məhrum edildi
Bizi izləyin

Dünya

Cəmilovun oğlu 3 il 8 ay azadlıqdan məhrum edildi

Kiyevin Dneprovski rayon məhkəməsi Krım tatarlarının lideri Mustafa Cəmilovun oğlu Xayser Cəmilov barəsində qiyabi hökm çıxarıb.

Publika.az“İnterfaks” informasiya agentliyinə istinadən xəbər verir ki, Xayser üç il səkkiz ay azadlıqdan məhrum edilib.

Cəmilov oğurluqda, qanunsuz silah saxlamaqda və ehtiyatsızlıqdan qətl törətməkdə ittiham olunur. Bundan başqa, məhkəmə 1,6 milyon qrivnanın (təxminən 80 min ABŞ dolları) zərərçəkən vətəndaşa ödənilməsi barədə iddianı təmin edib. Ukraynanın Ədliyyə Nazirliyi onun təhvil verilməsi barədə Rusiya tərəfinə sorğu göndərib.

Xayser Cəmilovun vəkili Nilolay Polozov bildirib ki, müvəkkilinə qarşı eyni ittihamlarla həmçinin Rusiyada cinayət işi qaldırılıb. O, qeyd edib ki, Krasnodar məhkəməsinə cinayət işinin dayandırılması haqqında müraciət edib. “Çünki qanun şəxsin eyni əməllərə görə iki dəfə ittiham edilməsini qadağan edir”, - vəkil vurğulayıb.

Hazırda oğul Cəmilov Krasnodar vilayətinin istintaq təcridxanalarından birində saxlanılır. O, buraya 2014-cü ilin sentyabr ayında Krımdan köçürülüb. Krasnodar vilayətinin prokurorluğu onun işi ilə məşğul olur. Qeyd olunur ki, bu Krımın ilhaqından sonra yarımadada hələ Ali Məhkəmənin formalaşdırılmaması ilə bağlıdır.

Rusiya tərəfinin irəli sürdüyü ittiham versiyasına görə, Xayser 2013-cü il aprelin 2-dən 20 may tarixinədək atasına məxsus olan karabini və 10 patronu oğurlayaraq evində gizlədib. 2013-cü ilin 27 may tarixində isə o, 30 yaşlı yaxın tanışına atəş açıb. Atəş nəticəsində güllə yarası alan şəxs yerindəcə keçinib.

Mustafa Cəmilovun özü isə bu fikirdədir ki, Rusiya Prezidenti Vladimir Putin onunla görüşmək üçün oğlunun həyatını şantaj edir. “Onlar bildirirlər ki, həbsdə olan oğlumun azadlığı və mənim Krıma yolumun açılması danışıqların nəticəsindən asılıdır. Fikrimcə, onlar mənim cavabımı almaq üçün oğlumu həbsdə saxlayırlar. Əminəm ki, Krımın işğalı 5 il də çəkməyəcək və mən öz doğma vətənimə qayıdacam”, - Cəmilov ötən ilin yayında bildirmişdi.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm