Hitlerin topları Suriyada - VİDEO
Bizi izləyin

Dünya

Hitlerin topları Suriyada - VİDEO

Suriyadakı döyüşlərdə istifadə olunan “FH-18” tipli toplar Qərb mediasında müzakirələrə gətirib çıxarıb.

Publika.az “Timeturk” saytına istinadən xəbər verir ki, Adolf Hitlerin dövründə istehsal olunan topların Suriyada silahlı qrupların əlinə necə düşdüyü müzakirə olunur.

Suriyada güclü silahlı qruplardan biri olan “Ahrar'uş Şam” ötən həftə Hitlerin toplarının da göstərildiyi bir video paylaşıb. 105 kalibrli “FH-18” toplarından İkinci Dünya Müharibəsində Almaniya ordusu tərəfindən istifadə olunub. Bu toplardan xüsusilə Fransa və Rusiya cəbhələrində istifadə edilib.

“FH-18” toplarının İkinci Dünya Müharibəsində SSRİ-nin əlinə keçdiyini yazan “Vaşinqton Post” qəzetinin iddiasına görə, toplar daha sonra Bəşər Əsəd rejiminə verilə bilər. Qəzet hesab edir ki, toplar Əsəd güclərinin əlindən daha sonra Suriya müxalifətinin əlinə keçib.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm