Gövhər Həsənzadə: “Biz bununla tarix yazırıq”
Bizi izləyin

Bakı 2015

Gövhər Həsənzadə: “Biz bununla tarix yazırıq”

Tanınmış bəstəkar, əməkdar incəsənət xadimi Gövhər Həsənzadə Azərbaycanda keçiriləcək Avropa Oyunları ilə xalqımızın bir tarix yazacağını deyib.

Publika.az-a danışan xanım bəstəkar beynəlxalq tədbirin əhəmiyyətindən danışıb:

“Dünyada ilk dəfə olaraq bu tədbir Azərbaycanda keçirilir. Bu bir ilkdir və bununla biz tarix yazırıq. İllər keçəcək, Avropa Oyunlarından söz düşəndə Azərbaycanın adı çəkiləcək. Elə bu beynəlxalq tədbir yetər ki, Azərbaycan dünyəvi dövlət kimi Avropada öz möhürünü vursun. Bu tədbir bizə o şəraiti yaradacaq ki, yüksək mədəniyyətimizi daşıyıb Avropaya yaysınlar. Qalan heç nə lazım deyil, elə həqiqətlərimizin yayılması bəsimizdir. Biz də öz növbəmizdə ölkəmizə təşrif buyuran turistləri, idmançıları, bütün qonaqları elə qarşılayıb yola salmalıyıq ki, Azərbaycandan yalnız xoş təəssüratla ayrılsınlar”.

Cəvahir Səlimqızı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm