Tanınmış aktyor: “Kinoya dəvət eləmirlər, seriala da çəkilmirəm”
Bizi izləyin

Magazin1

Tanınmış aktyor: “Kinoya dəvət eləmirlər, seriala da çəkilmirəm”

Xalq artisti, tanınmış aktyor Tariyel Qasımov rolsuz darıxdığını deyib.

Giley-güzarını Publika.az-la bölüşən aktyor son vaxtlar nə kinoda, nə teatrda, nə də serialda rol aldığını deyib: “Yaşımla əlaqədar, bilirsiniz ki, teatrda işləmirəm. Çoxdandır ki, yeni tamaşalarda oynamıram. Kinoya dəvət edən yoxdur. Seriala da özüm çəkilmirəm. Bir müddət öncə “Muradına çatan Günəş” serialında prokuror rolunu canlandırdım. Çox gözəl serial idi, uğur da qazandı. Amma indi yeni seriala çəkilməmişəm. Çünki pulu az verirlər, əvəzində də vaxtım çox gedir. Buna görə rolsuz çox darıxıram”.

Xalq artisti uğurlu ssenarilərin yazılacağı, istədiyi qonorarın müqabilində mükəmməl filmlərə çəkiləcəyi ümidi ilə yaşayır.

Cəvahir

Oxumağa davam et
Reklam
Reklam

Gündəm