Bilgi.az
Bürcünüzə uyğun gələn ətir hansıdır?
Bildiyiniz kimi hər bürcün fərqli xüsusiyyətləri var. Məsələn, Şir bürcündən olanlar hər zaman lider olmağı sevir və ona görə daha kəskin qoxulu ətirlər seçirlər. Qoçlar isə daha romantikdir. Bu səbəbdən də şirin qoxuları daha çox sevirlər.
Publika.az bürclərə uyğun ətir seçimini təqdim edir:
Qoç bürcünə tövsiyə edilən ətir
Qoç bürcünün ən çox nəzərə çarpan xüsusiyyəti romantik olmalıdır. Limon, vanil və orxideya kimi qoxulara üstünlük vermələri də məhz bu xüsusiyyətindən irəli gəlir. Bu qoxular qoç bürclərinin üzərində güclü təsirə malikdir.
Buğa bürcünə tövsiyə edilən ətir
Buğa bürcündən olanlar istiqanlıdır. Onların bu xüsusiyyəti ətir seçimində də özünü göstərir. Onlara berqamot, jasmin, lavanda qoxulu ətirlər, eyni zamanda, şam ağac kimi qoxular tövsiyə edilir.
Əkizlər bürcünə tövsiyə edilən ətir
Əkizlər çox çəkici bürc olduğu üçün özünü digər insanlara sevdirməyi bacarırlar. Bu xüsusiyyətləri çox istiqanlı olmalarından irəli gəlir. Əkizlər bürcünün ən populyar ətirləri bənövşə və qarağat qoxularıdır.
Xərçəng bürcünə tövsiyə edilən ətir
Xərçənglər emosional olur. Bu səbəblə xərçəng bürcünə tövsiyə edilən ətir variantları arasında jasmin, zanbaq və müşk qoxuları uyğun görülür.
Şir bürcünə tövsiyə edilən ətir
Şir bürcünün liderlik xüsusiyyətinə nərgiz, hindqozu və sitrus qoxulu ətirlər uyğundur.
Qız bürcünə tövsiyə edilən ətir
Qız bürcü dəqiqliyi ilə tanınır. Bu səbəblə paltarların üzərinə daha yaxşı hopan, daha qalıcı ətirlərə üstünlük verirlər. Onlara limon, sidr, qardeniya və istiot qoxulu ətirlər tövsiyə edilir.
Tərəzi bürcünə tövsiyə edilən ətir
Tərəzi xəyalpərəstdir. Bu səbəblə tərəzi bürcləri üçün darçın, mixək, sünbül və melisa qoxulu ətirlər daha uyğundur.
Əqrəb bürcünə tövsiyə edilən ətir
Əqrəb bürcünün əsas xüsusiyyətlərindən biri hisslərinin çox güclü olmasıdır. Bu səbəblə əqrəb bürclərinə vanil, portağal çiçəyi, palıd, meşə yosunu tərzində qoxular uyğun gəlir.
Oxatan bürcünə tövsiyə edilən ətir
Yay bürcü müstəqilliyə, sərbəstliyə çox düşkün bürcdür. Oxatan bürclərinə zəncəfil, zanbaq, nanə kimi qoxular tövsiyə edilir.
Oğlaq bürcünə tövsiyə edilən ətir
Məsuliyyət duyğusu ən çox Oğlaq bürcündə inkişaf edib. Həmin bürcdən olanlara karamel, orxideya, yaşıl çay və müşk qoxulu ətirlər tövsiyə edilir.
Dolça bürcünə tövsiyə edilən ətir
Humanist Dolçalar problemlərini müstəqil şəkildə həll etməyi və müstəqil qərarlar verməyi xoşlayırlar. Dolça bürclərinə lavanda, zanbaq, vanil və sidr qoxulu ətirlər tövsiyə edilir.
Balıqlar bürcünə tövsiyə edilən ətir
Balıqlar bürcü duyğusallığın tanrısı kimi tanınır. Bu səbəbdən balıq bürclərinə romantik hisslər aşılayan çiyələk, darçın və nərgiz qoxulu ətirlər daha uyğun olur.
Aytən
-
Sosial08:43
Azərbaycanın tanınmış professoru vəfat etdi - FOTO
-
Magazin208:36
Kristofer Nolan cəngavər olacaq, xanımı isə... - FOTO
-
Ekologiya07:17
Bu günə olan hava PROQNOZU - 20 dərəcə isti
-
Magazin206:16
Leonardo Di Kaprio ilə sevgilisi arasında NƏ BAŞ VERİR?
-
Səhiyyə05:15
Ömrü uzadan pəhriz sınaqdan UĞURLA ÇIXDI
-
Avropa03:43
Meqan Markl Keyt Middltonun xəstəliyindən necə istifadə etdi? - ŞOK DETALLAR
-
Avropa02:00
Azərbaycanlı jurnalist Kiyevdə vəfat etdi - FOTO
-
Magazin101:41
Azərbaycanda tanınmış müğənni üçün 2-ci dəfə TOY ÇALINACAQ - VİDEO