Bu gün xalq artisti Habil Əliyevin doğum günüdür
Bizi izləyin

Magazin1

Bu gün xalq artisti Habil Əliyevin doğum günüdür

Xalq artisti, kaman ustası Habil Əliyevin doğum günüdür. O, sənətdə göstərdiyi xidmətlərinə görə 1964-cü ildə əməkdar artist, 1978-ci ildə isə Azərbaycan xalq artisti fəxri adlarına layiq görülüb.

Ustad sənətkar virtuoz ifaçılığı ilə yanaşı gözəl mahnıların da müəllifidir. Onun bəstələdiyi 15-dən artıq mahnı bu gün də tanınmış musiqiçilər tərəfindən sevilə-sevilə ifa olunur. Habil Əliyev "Segah", "Bayatı-Qacar", "Bəstənigar", "Bayatı-Şiraz", "Rahab", "Bayatı-Kürd", "Cahargah", "Rast", "Zabul" muğamlarına yeni kamança həyatı verib. Musiqiçilər Habil Əliyevin virtuoz çalğısını tez-tez Nikkolo Paqanininin ifaçılığı ilə müqayisə edirlər.

Sənətkarın ABŞ, Fransa, Yaponiya, İtaliya və Yunanıstanda Azərbaycan muğamlarından və xalq mahnılarından ibarət kompakt diskləri də buraxılıb.

Qeyd edək ki, sənətkar 28 may 1927-ci ildə Ağdaş rayonunun Üçqovaq kəndində anadan olub.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm