Rus boksçu Kliçkoya əlcək atdı
Bizi izləyin

İdman

Rus boksçu Kliçkoya əlcək atdı

Super ağır çəki dərəcəsində döyüşən məşhur rus boksçusu Aleksandr Povetkin Vladimir Kliçko ilə qarşılaşmaq istəyir.

Publika.az Rusiya mətbuatına istinadən xəbər verir ki, boksçular 2013-cü ildə bir dəfə qarşılaşıb. Həmin qarşılaşmada hakimlərin yekdil qərarı ilə Kliçko qalib olmuşdu.

İndi isə Povetkin revanş istəyir: “Hamı deyir ki, bu yaxşı ideya deyil. Özünüz bilirsiniz ki, Ukrayna və Rusiya arasında münasibətlər necədir. Ancaq siyasət məni maraqlandırmır. Pis insanlar hər ölkədə var. Onlarda da, bizdə də. Mən Kliçko ilə görüşmək istəyirəm”.

İlqar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm